Xəzər Xəbər

Şəxsin ölümündən sonra orqanlarının götürülməsi prosesi BELƏ OLACAQ VİDEO

Veb TV | 20:55 • 11 Yanvar 2024
Şəxsin ölümündən sonra orqanlarının götürülməsi prosesi BELƏ OLACAQ

Öləndən sonra orqanın bağışlanması üçün lazım olan sənədin forması təsdiqlənib.

Xezerxeber.az xəbər verir ki, sənədə əsasən, şəxs ölümündən sonra orqanlarının tibb müəssisəsi tərəfindən transplantasiya məsədilə götürülməsinə razılıq verib-vermədiyini bildirməlidir.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Rəşah Mahmudov deyir ki, Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiqlənən ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanılacaq şəxslər də qeyd ediləcək.

Deputat bildirir ki, bu həm tibbi, həm də ölkə qanunvericiliyi ilə həyata keçiriləcək.

Bunun həyata keçirilməsi ilə neçə-neçə həyat xilas edilə bilər.

Rəşad Mahmudov hansı orqanların köçürüləcəyi və porsesin necə həyata keçiriləcəyini açıqlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar