Xəzər Xəbər

Azərbaycanın son 20 ilinin inkişafında fərqlənən Sumqayıt VİDEO

Veb TV | 22:30 • 11 Yanvar 2024
Azərbaycanın son 20 ilinin inkişafında fərqlənən Sumqayıt

Azərbaycanın son 20 illik inkişafının statistik göstəricilərində regionların payı nəzərəparcaq qədər böyükdür. Fərqlənən böyük şəhərlərdən biri də Sumqayıtdır.

Xezerxeber.az xəbər verir ki, qeyd edilən müddət ərzində ölkənin makroiqtisadi göstəricilərində ''gənclər şəhəri''nin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində yüksək nəticələr əldə olunub. 

Hazırda ərazisi 583,5 hektar olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Qeydiyyata alınmış 38 rezidentdən artıq 23-ü fəaliyyət göstərir.

Son illərdə reallaşan ən böyük layihələrdən biri Xəzərin sahilində salınan Bulvardır. İnsanların istirahəti və əylənməsi üçün burada hər cür şərait yaradılıb

Bu gün Sumqayıtda sənaye müəssisələri ilə yanaşı Bayraq Muzeyi, Gənclər Mərkəzi, Bayraq Meydanı və  "Asan Xidmət" mərkəzləri də diqqət çəkir.

Müntəzəm olaraq aparılan statistik təhlil və proqnozlar göstərir ki, Sumqayıt şəhərində müxtəlif sahələrin inkişafı bundan sonra da davam edəcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar