Xəzər Xəbər

Prezidentin ölkə mediasına müsahibəsində ÖNƏMLİ MƏQAMLAR VİDEO

Veb TV | 22:00 • 11 Yanvar 2024
Prezidentin ölkə mediasına müsahibəsində ÖNƏMLİ MƏQAMLAR

"Sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda bu müqavilə heç 30 ildən sonra da imzalanmaya bilər".

Xezerxeber.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində səsləndirib. Prezidentin açıqlamaları əslində qaranlıq qalan bir çox məsələlərə aydınlıq gətirib. Siyasi şərhçi Züriyə Qarayeva deyir ki, sülh müqviləsi mümkün qədər tez bir vaxtda imzalanmalıdır. Lakin Ermənistan prosesi yubatmağa çalışır.

Siyasi şərhçi deyir ki, sülh müqaviləsi bu il ərzində imzalana bilər.

Dövlət başçısının toxunduğu digər önəmli məsələ isə Zəngəzur dəhlizinin açılması və bunun Ermənistanın suverenliyi üçün təhdid olmamasıdır. Prezident İlham Əliyev onu da vurğuladı ki, əgər Zəngəzur dəhlizi açılmasa, Azərbaycanın Ermənistanla sərhədləri bağlı qalacaq. Politoloq Zəriyə Qarayeva da deyir ki, belə olan halda Ermənistanın bir çıxış yolu qalır. O da Azərbaycanın qoyduğu şərtlərlə razılaşmaq.

Siyasi şərhçi vurğulayıb kı, Prezidentin verdiyi mesajlar Azərbaycanın sülh üçün bütün imkanları səfərbər etdiyini bir daha göstərdi. Ermənistan şərtlərlə razılaşmasa, uduzan yenə də özü olacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar