Xəzər Xəbər

Binədə ailədə 6 nəfər qidadan zəhərləndi – ARAŞDIRMALAR BAŞLADI VİDEO

Veb TV | 20:10 • 11 Yanvar 2024
Binədə ailədə 6 nəfər qidadan zəhərləndi – ARAŞDIRMALAR BAŞLADI

Paytaxtda bir ailənin 6 üzvünün qidadan zəhərləndiyi ehtimal edilir.

Xezerxeber.az xəbər verir ki,  hadisə Binə qəsəbəsində baş verib.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 10:04 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qida zəhərlənməsi səbəbilə çağırış daxil olub. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub və 3-ü uşaq, 3-ü isə böyük olmaqla ümumilikdə 6 nəfər Sabunçu tibb mərkəzinə yerləşdirilib. Zəhərlənən şəxslərdən biri hamilə qadındır.

Hadisəyə Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı araşdırmalara başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar