Xəzər Xəbər

FHN-dən radioloji fəaliyyətlə məşğul olanlara XƏBƏRDARLIQ VİDEO

Veb TV | 16:25 • 11 Yanvar 2024
FHN-dən radioloji fəaliyyətlə məşğul olanlara XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən radiasiya təhlükəsizliyinin təmin olunması məqsədilə radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlarda mütəmadi olaraq nəzarət-yoxlama tədbirləri həyata keçirilir. Sahibkarlıq və qeyri-sahibkarlıq sahəsində aparılan nəzarət-yoxlama tədbirləri fəaliyyət sahələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi üzrə qanunvericiliyinə uyğun əvvəlcədən tərtib olunmuş suallar əsasında həyata keçirilir. Həmin suallarla https://fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1029 internet ünvanında tanış olmaq mümkündür.

Xəbər lenti

Çox oxunanlar