Xəzər Xəbər

Bakının Baş planının icrasına bu ərazidən başlana bilər VİDEO

Veb TV | 20:55 • 10 Yanvar 2024
Bakının Baş planının icrasına bu ərazidən başlana bilər

Bakının Baş planının icrasına ilk olaraq Nərimanov rayonu ərazisində Montin qəsəbəsi kimi tanınan ərazidən başlana bilər. Başqa sözlə, burada bütün infrastrukturun yenilənməsi nəzərdə tutulur.

Xezerxeber.az-ın məlumatına görə, pilot layihə ərazisi Bakının mərkəzi hissəsinin şərqində, Heydər Əliyev prospekti ilə Babək prospektinin arasını əhatə edir. Ərazi şərqdən və cənubdan dəmir yolları ilə sərhədlənir.

Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev deyir ki, məqsəd Baş planın ümumi parametrlərinin sözügedən inkişaf ərazisinə tətbiq etməkdir.

Burada ən üstün şəhərdaxili inkişaf planı icra ediləcək. Yaşayış, iş və sosial mühiti bir məkanda cəmləşdirən ərazidə yaşayış məhəllələri və bloklaşdırılmış evlər inşa edilə bilər.

Tikintilərin indiki kimi plansız deyil, ara məsafələri saxlanılmaqla inşası həyata keçiriləcək. Burada dəmiryolu stansiyasının bərpası və əlaqələndirilmiş ictimai nəqliyyat şəbəkəsi yaradıla bilər.

Qəsəbə ərazisində piyada gəzintisi üçün geniş imkanlar yaradılması, 40%-lik ərazinin ümumistifadə üçün nəzərdə tutulması planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar