Xəzər Xəbər

İş adamı qəzada həlak oldu VİDEO

Veb TV | 21:02 • 10 Yanvar 2024
İş adamı qəzada həlak oldu

Lənkəranda ağır yol qəzası baş verib.

Xezerxeber.az-ın məlumatına görə, Xarxatan kənd sakini 56 yaşlı Natiq Məmmədov maşını ilə Vilvan kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxıb.

 Qeyd edək ki, qəzada ölən Natiq Məmmədov Lənkəranda sahibkar, iş adamı kimi tanınırmış.

Göygöl rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. İki minik maşınının toqquşması nəticəsində ölən və yaralananlar var.  

Ölən şəxs  avtomobilin sürücüsü 38 yaşlı Elmixan Şabanovdur. Digər sürücü 20 yaşlı Vüqar Əsədov isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafi qiymətləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti