Xəzər Xəbər

Borc üstündə düşən mübahisə qətllə bitdi TƏFƏRRÜAT/VİDEO

Veb TV | 19:50 • 10 Yanvar 2024
Borc üstündə düşən mübahisə qətllə bitdi

Sumqayıtda gecə saatlarında qətl törədilib. Hadisə şəhərin 15-ci məhəlləsində qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, 34 yaşlı Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırma zamanı 41 yaşlı Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 Öldürülən şəxs Həsənalı Piriyevin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşadığı bildirilir. İddiaya görə, onunla Seymur Qasımov arasında borc üstündə söz-söhbətləri olub. Qətl törədildikdən bir neçə saat öncə Həsənalı Piriyev öz tanışı ilə Seymur Qasımovun yanına gələrək məsələni həll etmək etmək istəyib. Sonradan aralarında mübahisə yaranıb. Nəticədə Seymur Qasımov üzərində gətirdiyi bıçaqla Həsənalı Piriyevə xəsarət yetirib. Yaralı bir neçə addım getdikdən sonra qayınanasının evinin qarşısında müvazinətini itirib və elə orada da keçinib.

Faktla bağlı  cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar