Xəzər Xəbər

Pensiyalar 11 faizə yaxın artacaq VİDEO

Veb TV | 21:18 • 10 Yanvar 2024
Pensiyalar 11 faizə yaxın artacaq

Bu il də pensiyalarda artım olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov ötən il görülmüş işlərə dair keçirilən mətbuat konfransında deyib.

O, vətəndaşların artımlardan nə vaxt faydalanacağı məsələsinə də aydınlıq gətirib.

Himalay Məmişov əlavə edib ki, özəl pensiya fondu ilə bağlı sənədləşmə işi tam yekunlaşıb. Layihə 1 ay ərzində aidiyyəti dövlət qurumlarına təqdim ediləcək. Onun sözlərinə görə, fonda ödənişlər könüllü şəkildə olacaq.

Himalay Məmişov qeyd edib ki, özəl fondlara xas olan əsas cəhət pensiya yaşına çatmadan yığılmış kapitaldan istifadə edə bilməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar