Xəzər Xəbər

FHN İcra Hakimiyyətinin iştirakı ilə qanunsuz tikilini SÖKDÜ VİDEO

Veb TV | 10:21 • 10 Yanvar 2024
FHN İcra Hakimiyyətinin iştirakı ilə qanunsuz tikilini SÖKDÜ

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xezerxeber.az FHN-nə istinadən xəbər verir ki, İmişli rayonunun Xubyarlı kəndi ərazisində su fonduna aid torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Xəbər lenti

Çox oxunanlar