Xəzər Xəbər

Paytaxtda istiliklə bağlı şikayətlərin sayı ÇOXALDI VİDEO

Veb TV | 20:50 • 9 Yanvar 2024
Paytaxtda istiliklə bağlı şikayətlərin sayı ÇOXALDI

Paytaxtın Suraxanı rayonu Yeni günəşli qəsəbəsi, Q massivində yerləşən 13 nömrəli binanın sakinləri istiliklə təchiz edilmədikləri halda, adlarına yazılmış borcdan narazıdırlar.

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər iddia edir ki, binada sistem mövcud olsa da, mənzillərində istilik yoxdur.

Sakinlər arasında ümidini üzüb kombi sistemi quraşdıranlar da var. Lakin istifadə etmədikləri halda istiliyə görə borcun azılması onları hiddətləndirir.

Onlar iddia edir ki, nasaz olduğu deyilən xətləri də özləri dəyişiblər.

Məsələ ilə əlaqədar Azəristiliktəchizat ASC-dən isə bildirildi ki, sözügedən binaların istiliklə bağlı problemi yoxdur.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti

Çox oxunanlar