Xəzər Xəbər

Hökməlidə sakinlərin kompakt yaşadığı ərazidə zibil qutuları YOXDUR VİDEO

Veb TV | 21:30 • 9 Yanvar 2024
Hökməlidə sakinlərin kompakt yaşadığı ərazidə zibil qutuları YOXDUR

Məişət tullantıları küçəyə atılır. Zibil qalıqları ətrafa yayılıb. Ərazini üfunət bürüyüb.

Xezerxeber.az xəbər verir ki, bura sahibsiz itlərin məskəninə çevrilib. Görüntülər Abşeron rayonunun Hökməli kəndindəndir.

Sakinlərin sözünə görə, ərazidə zibil qutuları olmadığına görə, məişət tullantılarını yerə atmaq məcburiyyətində qalırlar.

Onlar deyir ki, mövcud vəziyyət onlara bir sıra çətinliklər yaradır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti

Çox oxunanlar