Xəzər Xəbər

Perinatal Mərkəzdə yanğının TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 20:00 • 9 Yanvar 2024
Perinatal Mərkəzdə yanğının TƏFƏRRÜATLARI

Doğum evində baş vermiş yanğında 4 körpə can verib.

Xəbər verdiyimiz kimi, dəhşətli yanğın hadisəsi paytaxtın Xətai rayonunda,  Perinatal Mərkəzin 4-cü mərtəbəsində qeydə alınıb. 112-i xidmətinə saat 03:26-da məlumat daxil olub ki, doğum evində yanğın başlayıb.

Hadisə yerinə 20 yanğınsöndürən texnika və 90 canlı qüvvə cəlb edilib. 3 və 4-cü mərtəbədə olan personal, ana və körpələri təxliyyə edilib.

Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar. Onlara ilkin yardım edilidikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.  Dövlət qurumlarının birgə yaydığı rəsmi məlumatlara görə, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Perinatal Mərkəzdə baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər səhər saatlarında sözügedən xəstəxanaya baş çəkiblər. Prezidentin köməkçisi Anar Ələkbərov bildirib ki, hadisə Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Hadisə araşdırılacaq və günahkarlar müəyyən edilərək ciddi şəkildə cəzalandırılacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti