Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed əl Nəhyanın rəsmi qarşılanma mərasimindən sonra Prezidentlərin geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev həm BMT Təhlükəsizlik Şurasında, həm də COP 29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılıb.
Azərbaycan Prezidenti bildirib ki, bu səfər Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığı möhkəmləndirəcək.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan isə “iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq”,- deyə bildirib.
Sonra səfər çərçivəsində bir sıra sənədlər imzalanıb. Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: