Xəzər Xəbər

Zəngəzur dəhlizinin bu tarixdə hazır olacağı AÇIQLANDI VİDEO

Veb TV | 22:30 • 8 Yanvar 2024
Zəngəzur dəhlizinin bu tarixdə hazır olacağı AÇIQLANDI

Təkcə Qafqazın deyil, dünyanın geosiyasi xəritəsinin mühüm hissəsi. Zəngəzur dəhlizi…

Xezerxeber.az xəbər verir ki, Azərbaycan Ordusunun yaratdığı yeni reallıq Cənubi Qafqazda ba­lansların dəyişməsinə səbəb oldu. Zəngəzur dəhlizinin yaranmasına imkan yarandı. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.

O, bu barədə "Tvnet"ə müsahibəsində danışıb.

Nazir bildirib ki, Ermənistan tərəfi bu məsələyə müsbət baxmasa da artıq baş nazir Nikol Paşinyan da dəhlizin əhəmiyyətini başa düşür və bunun doğru seçim olduğunu bildirir.

Türkiyəli nazirin sözlərinə görə dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar