Aptekdə dərman alan şəxsin portmanatından 100 manat götürüb qaçır.
Xezerxeber.az xəbər verir ki, paytaxtın Nizami rayonunda baş verən hadisə anı aptekin təhlükəsizlik kamerasına düşüb.
25-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, aptekdən dərman alan zaman tanımadığı şəxs onun pul kisəsində olan 100 manatı soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən qaçıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 36 yaşlı Kamil Dadaşov saxlanıb.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: