Balakəndə qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən 19 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.
Xezerxeber.az xəbər verir ki, Tərtər rayon sakinləri, əvvəllər məhkum olunmuş Yusif Misirzadə və Elvin Kərimli saxlanılıb. Şəxsi axtarış zamanı Yusif Misirzadədən 2 kiloqram 255 qram heroin və marixuana, eləcə də onların narkotik vasitələri götürdükləri ərazidən 16 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin sosial şəbəkədə tanış olduqları xarici ölkədə yaşayan narkotacir tərəfindən pul və narkotik vasitə qarşılığında narkokuryerliyə cəlb edildikləri məlum olub.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: