Xəzər Xəbər

Bakı şəhəri böyük dəyişikliklər astanasında VİDEO

Veb TV | 22:00 • 8 Yanvar 2024
Bakı şəhəri böyük dəyişikliklər astanasında

Bakı şəhərinin baş planının icrası ilə 2040-cı ilə qədər şəhərdə böyük dəyişikliklər olacaq.

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, yeni metro stansiyalar tikiləcək, troleybus və tramvay xətləri salınacaq. Sıxlığın aradan qaldırılması məqsədi ilə yol infrasturukturunda, əsasən də hərəkətin təşkilində bəzi dəyişikliklər gözlənilir.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bu layihə ilk dəfədir ki, Bakı şəhəri üçün sırf ictimai nəqliyyat yönümlüdür.

Ekspert deyir ki, dünya təcrübəsində də var ki, ictimai nəqliyyatda mobillik artdıqda həmin şəhərlərdə sürət həddi endirilir. Çünki, bu tip ərazilərdə ictimai nəqliyyatla yanaşı, iki təkərli nəqliyyat vasitələri üstünlük təşkil edir ki, burda da məqsəd əhalinin təhlükəsizliyini təmin etməkdir.

Daha hansı yeniliklər olacaq? 

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar