Kanalizasiya suları küçə ilə axır. Yollar, küçələr keçilməz hala düşüb.
Xezerxeber.az xəbər verir ki, kanalizasiya sularının yaratdığı üfunət hər tərəfə yayılır. Sakinləri deyirlər ki, yağışlı havalarda küçədən keçmək mümkün olmur. Hava küləkli olanda isə evlərin pəncərələrini bu üfunətə görə açıq qoya bilmirlər.
Sakinlər bildirir ki, illərdir davam edən bu problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara da müraciət ediblər. Lakin, heç bir faydası olmayıb. Kanalizasiya xətlərini bir neçə dəfə öz daxili imkanları hesabına qursalar da, son vaxtlarda problem daha da böyüyüb.
"Xəzər Xəbər"in çəkilişindən dərhal sonra kanalizasiya suları əraziyə cavabdehlik daşıyan "Bağlar Sukanal" idarəsinin xüsusi texnika və canlı qüvvələri tərəfindən təmizlənib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: