Minik avtomobilinin ağaca çırpılması ölümlə nəticələnib.
Xezerxeber.az xəbər verir ki, ağır qəza ötən gecə Qəbələnin Böyük Əmili kəndində baş verib. Rafael Əzizovun idarəetdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb və yanmağa başlayıb. Əraziyə cəlb olunan yanğından mühafizə hissəsinin əməkdaşları alovu söndürüb. Hadisə nəticəsində sürücü Rafael Əzizov və avtomobildə olan sərnişin Məhəmməd Qafarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Digər sərnişin, 54 yaşlı Rafael Mirzəliyev isə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Ötən axşam Balakəndə də ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Ülvi İsmayılovun idarə etdiyi mikroavtobus rayonun Püştətala kəndi ərazisində yolu keçmək istəyən piyadanı, 23 yaşlı Abdulla Alqayevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: