Lüklərin qapaqaları yoldan hündürdədir, avtomobillər isə hərəkət edə bilmir.
Xezerxeber.az xəbər verir ki, İsmayıllının bəzi məhəllələri bu vəziyyətdədir. Sakinlər bildirib ki, bir neçə il əvvəl rayonda su-kanalizasiya xətləri yeniləndikdən sonra yollar yararsız vəziyyətə düşüb. Bu müddətdə küçələrə asfalt döşənmədiyi üçün də lüklər hündürdə qalıb. Füzuli küçəsi dalan 2-də, Zeynalabdin Tağıyev və Babadağ küçələrində kanalizassiya quyularının qapaqlarının hündür olması bu yollarda hərəkəti çətinləşdirir.
Məsələyə İsmayıllı rayon İcra Hakimiyyətindən münasibət bildirilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: