Xəzər Xəbər

Banklarda əmanəti olanlara YENİ FÜRSƏT VİDEO

Veb TV | 20:50 • 4 Yanvar 2024
Banklarda əmanəti olanlara YENİ FÜRSƏT

Fiziki şəxslər banklarda olan depozit gəlirlərini vergidən tam azad edə bilərlər.

Xezerxeber.az-ın xəbərinə görə, iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq.

Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır.

Ekspert bildirib ki, vergi güzəştindən daha yaxşı faydalanmaq üçün vəsaitin bir deyil, 2 banka yerləşdirilməsi daha əlaverişlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar