Saz müəllimi kimi ikinci ali təhsil almaq üçün ixtisas seçimi edən Qoca Ərəbov anlaşılmaz hadisə ilə qarşılaşıb.
Xezerxeber.az-ın məlumatına görə, kodlaşdırma zamanı müsiqi müəllimliyi ixtisası üzrə bölmədə saz alətinin olduğu göstərilsə də, məlum olub ki, Lənkəran Dövlət Universitetində bu ixtisas indiyədək ümumiyyətlə olmayıb.
Qoca Ərəboviknci ali təhsil üçün imtahan verib. Dövlət İmtahan Mərkəzinin keçirdiyi qabliyyət imtahanında saz ifaçısı kimi əla qiymət alıb. Amma kodlaşdırma zamanı yanlış seçim etməsə də, nəticəsinin yanlış olduğunu görüb. Məlum olub ki, Lənkəran Dövlət Universitetində ümumiyyətlə bu bölmə olmayıb.
Qoca Ərəbov 2018 -2022-ci illərdə Şuşa Humanitar Kollecinin Xalq çalğı alətləri Saz ifaçılığı müəllimliyi üzrə təhsil alıb. Kolleci fərqlənmə diplomu ilə bitirib. Dəfələrlə respublika üzrə keçirilən musiqi müsabiqələrinin qalibi olub, beynəlxalq festivalların iştirakçısıdır.
İndi onun arzusu məhz ixtisası üzrə təhsil almaqdır.
Elm və Təhsil Nazirliyindən “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirlib ki, məsələ araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: