Dünən axşam saatlarında Xaçmaz rayonunda ağır yol qəzasının baş verməsi barədə polisə məlumat daxil olub. Dərhal aidiyyəti üzrə dövlət qurumlarının əməkdaşları çağırış üzrə əraziyə gediblər. Lakin aparılan müşahidələr və yoxlamalar zamanı hər hansı qəzanın baş vermədiyi, daxil olan məlumatın həqiqəti əks etdirmədiyi məlum olub.
Xezerxeber.az-ın məlumatına görə, polis yalan xəbər verən şəxsi çox çəkməyib ki, saxlayıb.
C.Əliyevin barəsində İnzibati Xətalar Məcəlləsinin 564-cü (bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə) maddəsinə uyğun olaraq qanunamüvafiq tədbir görülüb.
Yəni həmin şəxs 100 manat məbləğində cərimə edilib.
Daxili İşlər Nazirliyinin əməkdaşı Xəyal Talıbov deyib ki, bəzi hallarda belə şəxslər barəsində cinayət işi də başlanır.
Polis bir daha vətəndaşlara xəbərdarlıq edir ki, dövlət qurumlarına yalan məlumat verməsinlər. Əks halda, həmin əraziyə gedən qurumların əməkdaşları real hadisə yerinə gecikə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: