Sumqayıtın Sülh prospekti ilə Koroğlu küçəsinin kəsişməsində yerləşən işıqforda piyadaların keçidi üçün cəmi 4 saniyə vaxt verilir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, xeyli eni olan bu yolu keçmək üçün 4 saniyə vaxt kifayət etmir.
Məsələ ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin işıqforda müddət əslində 4 deyil, 35 saniyədir. Lakin bir neçə gün əvvəl işıqforun elektron sistemində yaranmış nasazlıq səbəbindən belə bir vəziyyət yaranıb.
"Xəzər Xəbər"in çəkilişindən sonra işıqfor təmir edilib və sakinlərin təhlükəsiz şəkildə piyada keçidindən istifadəsi təmin olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: