Xəzər Xəbər

Əmlak sığortasına maraq niyə azdır? VİDEO

Veb TV | 19:58 • 2 Yanvar 2024
Əmlak sığortasına maraq niyə azdır?

Qış aylarında ev və obyektlərdə baş verən yanğınların sayı artır. Hadisələr bəzən qısaqapanmadan, bəzən də ehtiyatsızlıqdan baş verir. Bir çox hallarda insanlar evlərini və obyeklərini sığortalamağa maraq göstərmirlər. Belə hadisələr zamanı isə çıxılmaz vəziyyətdə qalırlar.

Xezerxeber.az-ın məlumatına görə, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyib ki, əslində Azərbaycanda əmlakın sığortalanması icbaridir. Ancaq faktiki olaraq bu və ya digər səbəbdən bir çox hallarda əmlakların sığortalanması həyata keçirilmir.

Ekspert bildirib ki, yaşayış obyektlərinin icbari sığortası hadisə zamanı döşəməyə, tavana, divarlara, divar arxasında qalan elektrik borularına və digər bu kimi daşınabilməyən əmlakları risklərdən sığortalayır.

Son günlər Yeni il ilə əlaqədər olaraq atılan priotexniki vasitələr də yanğınlara səbəb oldu. Ekpsert deyib ki, müəyyən hallarda icbari sığorta həmin hadisələrə də təminat verir.

Sığorta haqları isə elə də baha deyil.

 Qeyd edək ki, qanuna əsasən əmlakını icbari sığorta etdirməyənlər 30 manat məbləğində cərimə edilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar