Tərtərdə 17 yaşlı yeniyetmə bıçaqlanaraq qətlə yetirilib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şəhərin Nizami küçəsində yerləşən fərdi evlərdən birinin qarşısında baş verib.
Bərdə Rayon Prokurorluğundan bildirilib ki, aparılan araşdırma zamanı 2009-cu il təvəllüdlü Fuad Quluzadənin aralarında yaranmış mübahisə zamanı Canpolad Tağıyevə kəsici-deşici alətlə bir neçə dəfə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qonşuların sözlərinə görə, onlar arasında münasibətlər normal olub, münaqişə anidən baş verib.
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Fuad Quliyev saxlanıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində yaranmış mübahisə nəticəsində baş verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: