Oğuzda Yeni il şənliyində bədbəxt hadisə baş verib. Rayon sakini şaxta babalıq etdiyi məclisdə vəfat edib.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Oğuzun Sincan kənd sakinin 74 yaşlı Şair İsmayılovdan gedir.
O, uşaqları çox sevdiyi üçün şənliklərdə şaxta babalıq edirmiş.
Dünən də bir məclisdə iştirak edirmiş. Şənlikdən əvvəl yayılmış videoda uşaqları əyləndirəcəyini deyirdi.
Şənliyin gedişində onun halı qəfil pisləşib. Şair İsmayılovun ürək tutmasından vəfat etdiyi bildirilir.
Qeyd edək ki, mərhum həm də klarnet ifaçısı kimi fəaliyyət göstərib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: