Xəzər Xəbər

Siyəzəndə güclü küləyin törətdiyi fəsadlar bir həftədir aradan qaldırılmayıb FOTO/VİDEO

Veb TV | 20:23 • 1 Yanvar 2024
Siyəzəndə güclü küləyin törətdiyi fəsadlar bir həftədir aradan qaldırılmayıb

Siyəzəndə bir həftə əvvəl güclü küləyin törətdiyi fəsadlar hələ də aradan qaldırılmayıb.

Xezerxeber.az-ın məlumatına görə, Siyəzəndə dekabrın 23-də güclü külək çoxlu fərdi yaşayış evlərinə və çoxmərtəbəli binalara ziyan vurub. Dam örtükləri sıradan çıxıb, hasarlar aşıb, avtomobillərə ziyan dəyib.

Sakinlər bildirirlər ki, onların problemləri ilə maraqlanan  yoxdur. Binanın dam örtüyü olmadığından mənzillər yağış yağanda yararsız hala düşə bilər.

Güclü külək Heydər Əliyev prospektindəki 2 çoxmərtəbəli binanın dam örtüyünü qoparıb.

Yağan yağış sakinlərin evlərinə dolur. Təmiri yenicə bitirən ev sahibləri narahat qaldıqlarını bildirirlər.

Siyəzən Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib  ki, rayon Fövqaladə hallar komissiyası dəymiş zərəri dəqiqləşdirib və aktlaşdırıb. Hazırda dəymiş ziyanın ödənilməsi ilə bağlı işlər görülür.

Qeyd edək ki, şimal bölgəsində külək ən çox Siyəzən rayonuna ziyan vurub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti