"Google" şirkəti "Google Chrome" brauzerinin istifadəçilərindən gizli şəkildə məlumat topladığı üçün 5 milyard dollar dəyərində təzminat ödəyəcək.
ABŞ məhkəməsi şirkətdən federal telefon dinləmə və məxfilik qanunlarını pozduğuna görə hər qurban üçün ən azı 5000 dollar təzminat tələb edir.
Bəs internet brauzerləri istifadəçilərin hansı məlumatını ələ keçirir?
Xezerxeber.az-ın məlumatına görə, İKT mütəxəssisi Rövşən Əkbərov deyib ki, hansı brauzerə daxil oluruqsa birbaşa olaraq şəxsi məlumatlarımız ələ keçirilir. İstifadə etdiyimiz saytın, tətbiqin proqram təminatında boşluq varsa, 3-cü tərəf sistemə daxil olaraq məlumatları özü götürə bilir. Bütün hallarda hansısa tədbirlər görülsə də, internet mühitində, qlobal şəbəkədə tam qorunmaq mümkün deyil.
Ekspertlər hesab edirlər ki, bununla bağlı ölkələr mexanizmləri inkişaf etdirməli və ya yeni mexanizmlər hazırlanmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: