Bayram tətilində bölgələrdə istirahət etmək istəyənlər bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində üz tutublar.
Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarında avtovağzalda canlanma yaşanıb.
Bayramı hərə bir bölgədə yaxınları ilə qeyd edəcək.
Bayramla əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Sözügedən qurumun mətbuat katibi Sabir Bilalov deyir ki, ötən ilə nisbətən bu il bölgələrə üz tutan vətəndaşların sayında artım müşahidə olunur.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 7-dək ölkə ərazisində qeyri-iş günüdür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: