Xəzər Xəbər

Bayram günlərində işləyənlər üçün maaş necə hesablanmalıdır? VİDEO

Veb TV | 21:30 • 31 Dekabr 2023
Bayram günlərində işləyənlər üçün maaş necə hesablanmalıdır?

Bəzi vətəndaşlar Yeni ili doğmaları ilə yox, iş yoldaşları ilə elə iş başında qarşılamalı olurlar. Ona görə də bayram günləri işə cəlb olunan insanlara maaş fərqli qaydada ödənilməlidir.

Xezerxeber.az-ın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, bayram günü işləmək məcburi qaydada yox, işçilərin razılığı ilə olmalıdır və sənədləşdirilməlidir. Onun sözlərinə görə, bu məsələ iş normasından asılı olaraq həyata keçirilməlidir.

Hamilə, 3 yaşına çatmamış uşağı olan qadınların və yaşı 18-dən az olan işçilərin bayram günlərində çalışmaları isə yolverilməzdir.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti