Xəzər Xəbər

Taksi sürücülərinə XƏBƏRDARLIQ: Sabahdan yeni cərimələr tətbiq ediləcək VİDEO

Veb TV | 21:02 • 31 Dekabr 2023
Taksi sürücülərinə XƏBƏRDARLIQ: Sabahdan yeni cərimələr tətbiq ediləcək

Sabahdan buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.

Taksi  ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə ediləcək. Qanuna əsasən, bu hal 1 il ərzində təkrarlanarsa bu dəfə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 2000 manat cərimə ödəməli olacaq. 

Nəqliyyat eksperti Ərşad Hüseynov deyib ki, qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minsə də, hələ ki, ölkə ərazisində tətbiqi mümkün deyil. 

Ekspertlər  hesab edirlər ki, yeni sistemin işə düşməsi yaxın həftələrdə mümkün olacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar