Özünüməşğulluq proqramına cəlb edilən Qusar rayon sakini ona təqdim edilən heyvanların xəstə olduğunu iddia edir.
Xezerxeber.az-ın məlumatına görə, Dilbazi Rzaxanova iddia edir ki, bununla bağlı aidiyyəti üzrə müraciət etsə də, köməklik göstərilməyib.
Mövzuya münasibət bildirən Dövlət Məşğulluq Agentliyinin mətbuat katibi Əsmər Nəcməddinqızı deyib ki, rayonun Hil kənd sakini Dilbazi Rzaxanovanın müraciəti tərəfimizdən araşdırılıb. Aktivlərlə təmin olunduqdan bir müddət sonra vətəndaş ona verilən heyvanların xəstə olduğunu bildirib.
''Lakin Dilbazi Rzaxanovanın təqdim etdiyi sənədlər tam və düzgün olmadığından ona müvafiq sənədləri tamamlayaraq təqdim etməsi tövsiyə edilib. Yalnız bundan sonra vətəndaşın heyvanların dəyişdirilməsi ilə bağlı tələbinə baxılacaq'', - deyə o əlavə edib.
Qeyd edək ki, heyvanların xəstə olub-olmaması ilə bağlı Qusar rayon Baytarlıq İdarəsi Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərib. Məsələ araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: