Bakıda ağır yol qəzası olub.
Xezerxeber.az-ın məlumatına görə, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində - Heydər Əliyev prospektində qeydə alınıb.
İki minik avtomobili toqquşub. Nəticədə sürücülərdən biri aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol - nəqliyyat hadisəsi olub. Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 47 yaşlı İlkin Abdulayevi vurub. Piyada aldığı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1 ay ərzində həmin ərazidə ölümlə nəticələnən 2-ci piyadavurma hadisəsidir.
Sumqayıtda baş vermiş qəza da ölümlə nəticələnib. Minik maşını yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Mübariz Əliyevi vurub. Hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq Mübariz Əliyev səhər saatlarında tibb müəssisəsində həyatını itirib.
Hər üç faktla bağlı araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: