Xəzər Xəbər

Bakıda yol çöküb VİDEO

Veb TV | 21:31 • 30 Dekabr 2023
Bakıda yol çöküb

Bakının 9-cu mikrorayon ərazisində yol çöküb.

Xezerxeber.az-ın məlumatına görə, Mir Cəlal küçəsi 34 ünvanında yolun çökməsi nəticəsində həmin istiqamətdə nəqliyyatın hərəkətində maneə yaranıb.

Əraziyə “Azərsu” ASC-nin əməkdaşları cəlb edilib. Məlum olub ki, yolun çökməsinə səbəb kanalizasiya xəttidir.

Əraziyə cəlb edilən daha bir qurum – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, qurumun əməkdaşları ərazidədirlər və qazıntı işləri aparılır.

Qeyd edək ki, əraziyə DYP əməkdaşları da cəlb edilib və yaranan avtomobil sıxlığının qarşısı alınıb. Hazırda sözügedən istiqamətdə hərəkət normallaşdırılıb, lazımi işlər isə davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti