Xəzər Xəbər

Bayramı restoranda keçirmək neçəyə başa gələcək? VİDEO

Veb TV | 21:44 • 30 Dekabr 2023
Bayramı restoranda keçirmək neçəyə başa gələcək?

Restoranlar artıq Yeni il bayramı ab -havasında bəzədilib.

Xezerxeber.az-ın məlumatına görə, hər il olduğu kimi, bu il də  bayram ərəfəsində restoranlarda özəl hazırlıqlar görülüb. Adminstratorlar deyirlər ki, xüsusilə 31-i dekabr günü tələb yüksək olduğundan əvvəlcədən rezervasiya ilə qonaqları qəbul edirlər. Bəzi məkanlarda rezervasiya ilə yanaşı, depozit tələbi də var.

Bakıdakı restoranların birində adminstratorluqla məşğul olan Səbuhi Həsənov deyib ki, tələbatın çox olması depozit  məbləğini artırsa da, menyu qiymətlərinə təsir etməyib.

Depozitlər masaya və ya adam sayına uyğun alınır. Bakıda digər restoranların əksəriyyətində depozit məbləği adambaşı minimum 50 manatdan başlayır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti