Xəzər Xəbər

Gürcüstanla Azərbaycan arasında delimitasiya prosesinin 70 faizi razılaşdırılıb VİDEO

Veb TV | 20:22 • 30 Dekabr 2023
Gürcüstanla Azərbaycan arasında delimitasiya prosesinin 70 faizi razılaşdırılıb

Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyası işlərinin 70 faizi artıq razılaşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze jurnalistlərə açıqlamasında deyib.

O əlavə edib ki, qalan 30 faizin razılaşdırılması üzərində iş gedir.

Qaydalara əsasən 100 faiz razılaşma olduqdan sonra delimitasiya müqaviləsi imzalanmalıdır.

Mövzu ilə bağlı danışan millət vəkili Rasim Musabəyov isə deyib ki, razılaşma olmasa da, Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığı davam edir.

Millət vəkili Gürcüstanla Azərbaycan arasında delimitasiya prosesinin uzanmasının səbəblərini də açıqlayıb.

O hesab edir ki, bütün hallarda dostluq münasibətinə, işgüzar şəraitə xələl gətirilmədən razılaşma əldə ediləcək.

Millət vəkili onu da xatırladıb ki, təkcə Rusiya ilə delmitasiya prosesi üçün danışıqlar 10 il davam edib. Nəhayət, 2012-ci ildə bu proses başa çatıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar