Xəzər Xəbər

Qızılcaya yoluxma artır - Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi VİDEO

Veb TV | 20:38 • 30 Dekabr 2023
Qızılcaya yoluxma artır - Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi

Qızılcaya yoluxmada artım müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin əhaliyə müraciətində qeyd edilir.

Müraciətdə qış mövsümi və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artdığı  bildirilir.

Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir.

Səhiyyə  Nazirliyinin mütəxəssis eksperti, infeksiyonist  Təyyar Eyvazov  həssas  qrupu  daha  diqqətli  olmağa  çağırıb.

O qeyd edib ki, profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir.

Onun sözlərinə görə, ən yaxşı qorunma yolu peyvənd olunmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024

Çox oxunanlar