Yeni ilə sayılı günlər qalıb. Hər il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə smart tipli qaz sayğaclarında limit avtomatik, mexaniki sayğaclarda isə yanvar ayının 6-na qədər yenilənir. Prosesin bir neçə ildir həyata keçirilməsinə baxmayaraq, paytaxt sakinlərini bəzi suallar maraqlandırır.
Xezerxeber.az-ın məlumatına görə, sayğacların bəzilərində limit avtomatik yenilənir, bəzilərində isə əyani olaraq qeydiyyat aparıldıqdan sonra yenilənmə prosesi aparılır.
Mövzuya münasibət bildirən “Azəriqaz" İB-nin İcitmaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, bayram günləri olmasına baxmayaraq, Birliyin əməkdaşları yenilənmə prosesini vaxtında icra etməsi üçün vətəndaşlar şərait yaratmalıdırlar.
O əlavə edib ki, abonentlər tərəfindən “Azəriqaz"a ünvanlanan ən çox suallardan biri də balansda olan vəsaitlə bağlıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: