Xəzər Xəbər

Milli Məclisdə qaz limitinin ləğv olunması təklif edildi VİDEO

Veb TV | 19:33 • 30 Dekabr 2023
Milli Məclisdə qaz limitinin ləğv olunması təklif edildi

Narkoloji dispanserlərə gedənlərin 70%-i müalicədən sonra yenidən narkotik istifadəçisinə çevrilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.

Deputat  söyləyib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası hamını reabilitasiya mərkəzinə yönəldə bilməz.

Millət vəkili Sabir Rüstəmxanlı isə qaz limitinin ləğv olunması təklifi ilə çıxış edib.  

Qeyd edək ki, iclasda məişət zorakılığının qarşısının alınması məsələləri də müzakirə edilib. Məlum olub ki, məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilir, inzibati həbs tətbiq ediləcək. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Sonda isə Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda payız sessiyasının yekunlarına dair çıxış edib.

Milli Məclis 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət edib. Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024