Yeni parklanma qaydalarının təsdiqlənməsinə baxmayaraq, köhnə formada işləyənlər hələ də qalmaqdadır.
Xezerxeber.az-ın məlumatına görə, söhbət sürücülərdən qanunsuz olaraq pul yığanlardan gedir.
Paytaxtın müxtəlif küçələrində bu şəxslərə hələ də rast gəlmək mümkündür. Üzərlərində sarı jiletlər olsa da fəaliyyətləri tamamilə qanusuzdur. Sürücülər dayanan kimi mütləq bir nəfər yaxınlaşıb park yerinin pulunu istəyir. Pul ödəmək istəməyəndə isə ərazidə parklamanın qanunsuz olduğunu deyirlər. Əslində, onların özləri bu işin qanunsuz olduğunu bilirlər.
Qeyd edək ki, bu il avqustun 7-dən nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada, mobil tətbiq və SMS vasitəsilə həyata keçirilir.
Vətəndaşlar isə bu məsələ ilə bağlı rəsmi qurumların müvafiq tədbir görəcəyinə ümid edirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: