Şəkidə şiddətli külək nəticəsində ev və köməkçi tikililərin dam örtüyü dağılıb, iri gövdəli ağaclar aşıb.
Xezerxeber.az-ın məlumatına görə, 3 gündür bölgədə müşahidə olunan şiddətli külək Şəkinin 6 mindən çox əhalisi olan Baş Laysqı, Cunud, Qumux və Şin kəndlərində 20-ə qədər ev və köməkçi tikililərin damını uçurub. Divarları, metal hasarları həyət qapılarını dağıdıb. Kəndlərin işıq və qaz təchizatında fasilələr yaranıb.
Baş Laysqı kənd bələdiyyəsin sədri bildirib ki, təbii fəlakətlə bağlı aidiyyəti orqanlara məlumat verilib.
Şimal - qərb bölgəsində əsən şiddətli külək Qax rayonunda da bəzi fəsadlara yol açıb. Rayonun Ağçay kənd Mərdan Məmmədov adına ümumorta məktəbinin, bir neçə çoxmərtəbəli binanın və sahibkarlıq obyektlərinin dam örtükləri uçub.
Müxtəlif ərazilərdə irigövdəli ağaclar aşıb. Ümumilikdə dəyən ziyan hesablanır və fəsadların aradan qaldırılması üçün tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: