Yeni il gecəsi qidalardan düzgün istifadə etmək vacib məsələdir. Çünki, adi günlərlə müqayisədə bayramda süfrəyə daha çox təamlar qoyulur. Hər bir yeməyin isə tərkibi fərqli olur.
Xezerxeber.az-ın xəbərinə görə, qida mütəxəssisi Məhsəti Hüseynova deyir ki, bayram günlərində ilk növbədə salatların hazırlanması və saxlanmasına diqqət edilməlidir.
Onun sözlərinə görə, tərəvəzlərdən, ət və mayonezdən hazırlanan salatlar yüksək risk qrupuna aiddir. Ona görə də, belə qidalarn maksimum 4-5 saat saxlanmalıdır.
Mütəxəssis vurğulayır ki, bayram günlərində yüksək təzyiqdən, şəkərli dibaetdən, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar, eyni zamanda müalicəsi davam edən şəxslər qidalanmalarına xüsusi diqqət etməlidirlər. Eyni zamanda bir növ heyvan ətindən istifadə olunmalıdır.
Məsələn, mal əti ilə quş ətinin qarışdırılması orqanizmdə ciddi fəsadlara, həzm sistemində problemlərə yol aça bilər. Qazlı və rəngli içkilərin istifadəsi isə tövsiyə olunmur.
Daha ətraflı videomaterialda: