Bayramqabağı bazar və mağazalara üz tutanların sayı artır.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı bahalaşan və endirimdə olan ərzaqların qiymətləri öyrənilib.
Belə ki, yeni il üçün istifadə olunan ərzaqlara gəlincə, xamalar 5 manat 80 qəpikdən 4 manat 80 qəpiyə, mayonezlər 6 manat 20 qəpikdən 5 manat 20 qəpiyə düşüb. Yaşıl noxudun isə keçən ildən fərqli olaraq qiymət endirimi yoxdur.
Meyvə-tərəvəzlərin qiyməti isə dəfələrlə qalxıb.
Mövzu ilə bağlı paytaxt sakinləri də fikrini bildirib.
Daha ətraflı videomaterialda: