İsmayıllı rayonunun Cülyan kəndindən keçən suvarma-beton kanalının ətrafı və ərazidəki yaşayış məhəlləsi tullantılarla doludur.
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər iddia edir ki, konteynerlər olmadığından tullantıları çay kənarına, ağacların dibinə, boş ərazilərə, arxlara, yol kənarlarına atırlar. Mövcud vəziyyət kanalın ətrafında yaşayan insanların səhhətinə mənfi təsir göstərir.
Kənd Bələdiyyəsindən verilən məlumata görə, sözügedən ərazinin onların balansında olmadığından zibil qutuları qoymaq mümkün deyil. ''Qutuların qoyulması üçün sakinlər müraciət etməli və aidiyyəti üzrə müqavilə bağlanmalıdır ki, zibillərin daşınmasına görə vəsait ayrılsın.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: