Xəzər Xəbər

Azərbaycan XİN rəhbərindən ilin yekunlarina dair hesabatda ÖNƏMLİ AÇIQLAMALAR VİDEO

Veb TV | 22:00 • 28 Dekabr 2023
Azərbaycan XİN rəhbərindən ilin yekunlarina dair hesabatda ÖNƏMLİ AÇIQLAMALAR

"Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik".

Xəbər verdiyimiz kimi, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının artıq sərhəddə iki görüşü olub.

Xarici işlər naziri Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına diqqət çəkərək deyib ki, noyabr ayında sülh sazişi ilə bağlı Ermənistan tərəfindən təkliflər paketi alınıb.

Nazir Azərbaycan-Fransa münasibətlərinin mövcud vəziyyətinin son 30 ildə ən aşağı səviyyədə olduğuna diqqət çəkib. Həmçinin, "Arzuolunmaz şəxs" elan edilən fransalı diplomatlarla bağlı Azərbaycan dövlət orqanlarında ciddi faktların olduğunu deyib.

Ceyhun Bayramov Azərbaycanın Tehrandakı səfirliyinin hansı hallarda bərpa olunacağını da açıqlayıb.

Nazir jurnalistin "ermənistanlı həmkarına 2024-cü ildə  nə arzulayırsız?",- sualına da cavab verib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar