Qarşıdan 1 həftəlik bayram tətili gəlir. Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə vətəndaşlar ya bölgələrə üz tutur, ya da paytaxtdakı istirahət məkanlarında dincəlməyə üstünlük verirlər.
Bəs həmin günlərdə ictimai nəqliyyatın, xüsusilə də metronun və bölgələrə hərəkət edən avtobusların fəaliyyəti necə tənzimlənəcək?
Xezerxeber.az xəbər verir ki, Bakı Metropoliteni istirahət günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.
Dekabrın 30-da və yanvarın 7-də qatarların hərəkəti payız-qış qrafikinin iş günlərinə uyğun tənzimlənəcək. Dekabrın 31-i və yanvarın 1-də "28 May" - "Həzi Aslanov" istiqamətində səhər saat 07:00-dan axşam saat 21:00-a qədər qatarların hərəkəti 2,5 dəqiqəlik, digər günlərdə isə 3 dəqiqəlik intervalla nizamlanacaq.
Avtovağzallar da gücləndirilmiş rejimdə işləyəcək.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti də bayram günləri üçün regionlara əlavə reyslər təyin edib.
"ADY Mobile" tətbiqində, eləcə də ady.az saytında qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün mümkündür.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: