Dövlət Yol Polisi ikitəkərli nəqliyyat vasitəsi idarə edənlərə xəbərdarlıq edib.
Xezerxeber.az xəbər verir ki, güclü küləkdə belə nəqliyyat vasitəsi idarə edənlər diqqətli olmalıdır. Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı Elvin Hacıyev bildirib ki, sürət həddinə əməl edilməlidir.
Moped və motosiklet sürücüləri isə belə havada idaretməni itirməməmək üçün əllərindən gələni etdiklərini deyir.
DYP nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəraitini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: