Sumqayıtda fəaliyyət göstərən avtobuslarda gedişhaqqının kartla ödənilməsinə başlanılır.
Xezerxeber.az xəbər verir ki, nəzərdə tutulan marşrutlar üzrə hərəkət edən avtobusların hər birinə ödəniş terminalları quraşdırılacaq.
"Sumqayıt Nəqliyyat 1" MMC-nin qaraj müdiri Tofiq Saydumov bildirib ki, bir müddət öncə sərnişinlər avtobuslarda ödəniş validator tipli avadanlıqlar vasitəsilə həyata keçirilirdi. Lakin həmin cihazlarda müəyyən problemlər olduğundan son həmin sistem özünü doğrultmadı.
''Yeni ildən avtobuslarda ən müasir standartılara uyğun validatorlar quraşdırılacaq''-deyə o əlavə edib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyayat Agentliyindən isə bildirilib ki, müəyyən olunmuş vaxt üzrə Sumqayıtda fəaliyyət göstərən maşurutların kart sisteminə keçirilməsi təmin olunacaq.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: